27.10.2011

Tülək Xoruza Xidmət!!!


1. Mümkün olduğu qədər tükdəki heyvan ələ alınmamalıdır.

2. Heç bir şəkildə idman edilməməlidir.

3. Yanına toyuq qoyulmamalıdır. (Toyuqlar təzə tükləri yeyə bilər.)

4. Geniş hinlərə qoyulmalıdır.

5. Həftədə 2 dəfə ən az 1 saat gəzdirilməlidir.

6. Toyuqla birlikdə gəzdirilməsi yaxşıdır lakin nəzarət edilməsi lazımdır, tükləri yedirməmək üçün.

HEYRATI NECƏ BƏSLƏNMƏLİDİR?


Əvvəlcə Süni vitamin yerinə bol-bol yaşıllıq, yumurta, balıq, fındıq, tumlu qara üzüm, qoz,qarğıdalı bəkməz verdiyimizdə mümkün olan bütün vitaminləri vermiş oluruq, gərəksiz yerə süni vitamin vermək səhvdir. 

Yumurta: Heratı xoruzuna ilk gündən etibarən verilməli və heratı xoruzları tərəfindən çox tələb edilən bir qida növüdür.

Balıq: balıq ətinin xoruzunuza böyük dərəcədə faydası olduğunu unutmayın.

Qatıq - Çörək - İsti Su: Bağırsaqları yumşaldır, həzm sistemini nizamlar.

26.10.2011

HEYRATI XORUZUNUN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ

Tük Rəngi: Bədən qara-qırmızı, sarı-qara, ağ, qara və ya bu rənglərin kombinasiyaları olan rəngdə tüklərlə örtülüdür. Saçaq və quyruq tükləri parlaqdır. işıq altında yaşıl qara rəngdə əks edir.

Dəri Rəngi: Ağdır

Yetkin Canlı Ağırlıqları: 3000 qr ilə 5000 qr arasında dəyişir

Yetkin Boy Uzunluqları: 80 sm ilə 120 sm arasında dəyişir

Cinsi Yetkinluq Yaşı: Erkəkdə 24-44 həftə arasında dişidə isə 20-32 həftə arasında dəyişməkdədir

Dimdik Quruluşu: Orta uzunluqda, güclü, dimdik rəngi tünd sarı, qəhvərəngi, qara tonlarında və ya bu üç rəngin kombinasiyaları şəklindədir. Bəzilərində dimdiklərində dimdiyi iki parçaya ayıran novlar vardır.

25.10.2011

AY PİPİYİ QAN XORUZ, GÖZLƏRİ MƏRCAN XORUZ...



Qladiator döyüşləri, futbol matçları, korrida zaman və məkan sərhədi bilmir. Yalnız stadion və ippodromlarda ehtiraslı cənublularla təmkinli şimallılar bir-birilərindən qətiyyən fərqlənmirlər. İnsanları coşduran belə yarışmalardan biri də xoruz döyüşdürmələridir.
Xoruzlar arasında keçirilən əyləncəli yarışmalar hələ qədim dövrlərdə Hindistan, Çin və İran kimi ölkələrdə məşhur idi. Yunanıstanda isə onlara Femistoklun (b.e.ə. 524-460-ci illər) vaxtlarından rast gəlinir. Daha sonra bu yarışmalar Asiya və Siciliyaya yol açır. O vaxtlar ən yaxşı döyüş xoruzları İsgəndəriyyə və Tanaqra, Delos və Rodos adalarında yetişdirilirdi..